"Çelsi" baş məşqçi vəzifəsi üçün daha bir mütəxəssislə danışıqlar aparır
    • 6-04-2023, 23:20
    • 174

"Çelsi" baş məşqçi vəzifəsi üçün daha bir mütəxəssislə danışıqlar aparır

İngiltərənin "Çelsi" klubu baş məşqçi vəzifəsi üçün daha bir mütəxəssislə danışıqlar aparır.

London təmsilçisi Marselo Qalyardonu komandanın sükanı arxasına gətirmək istəyir.

47 yaşlı argentinalı mütəxəssis 2014 - 2022-ci illərdə ölkəsinin "River Pleyt" kollektivinə rəhbərlik edib və iki dəfə Libertadores Kubokunun qalibi olub. Həmçinin, Buenos-Ayres təmsilçisi onun başçılığı altında Argentina çempionatını, ölkə kubokunu və Superkubokunu qazanıb.

Qeyd edək ki, "Çelsi" cari mövsümün sonunadək Frenk Lempardla müqavilə imzalayıb. Paytaxt klubu Luis Enrike və Yulian Nagelsmannla da danışıqları davam etdirir./Report/