-
- 6-05-2019, 13:02
- 887
Sərxoş halda silah çəkdi -insident
Mayın 2-də saat 5 -dəə Tovuz rayonunun Əyyublu kəndi ərazisindəki kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozub.
DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, ərazidə xidmət aparan Qovlar Polis Bölməsinin əməkdaşları həmin şəxsin əlindən silahı almaq üçün havaya 2 dəfə atəş açıb. Həmin şəxs isə tüfəngi ataraq qaçıb.
Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Eynur Həsənov olmas müəyyənləşdirilib. Eyni zamanda məlum olub ki, onun əlindəki “İJ-16” markalı tüfəngin müvafiq sənədləri olmayıb və E.Həsənov həmin gün qeyd edilən kafedə sərxoş halda həmkəndlisi ilə mübahisə edib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.