Elmar Məmmədyarovun kitabı çıxacaq
    • 7-05-2024, 22:57
    • 131

Elmar Məmmədyarovun kitabı çıxacaq


Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun kitabı çap olunacaq.

Bu barədə News24.az-a onun özü məlumat verib.

Elmar Məmmədyarov bildirib ki, kitab nazir olduğu müddət verdiyi müsahibə və açıqlamaların məcmusu olacaq:

"Sabah nəşriyyatla görüşməyi planlaşdırıram. Kitab təqdimatı ilə bağlı bir neçə gün sonra dəqiq məlumat deyə bilərəm. 16 il mən nazir olarkən xaricdə və Azərbaycanda çıxışlarım, müsahibələrim olub. Bütün bunları mən bir kitabda toplamışam. Kitab 3500 səhifədən ibarət oldu. İndi onu kəsmək lazımdır. Bu məsələni sabah nəşriyyatla danışacağam".

Eks-nazir çıxış və müsahibələrinin orjinal dildə veriləcəyini söyləyib:

"Kitabda müsahibələrim, çıxışlarım orjinal dildə veriləcək. Azərbaycan, rus, ingilis, alman, italyan və başqa dillərdəki çıxışlarım, müsahibələrim olacaq".