Mərhum Aygün Bəyləri təhqir edən tiktokerə Səidədən SƏRT SÖZLƏR - FOTO
    • 8-05-2024, 10:29
    • 158

Mərhum Aygün Bəyləri təhqir edən tiktokerə Səidədən SƏRT SÖZLƏR - FOTO

Xəbər verdiyimiz kimi, "TikTok" video platformasında məşhurlaşan Ləman Vəliyeva Əməkdar artist Aygün Bəylərin ünvanına xoşagəlməz və nalayiq ifadələr səsləndirib. Bunun ardından mərhum xanəndənin ailəsi sosial şəbəkə hesabı üzərindən hüquq mühafizə orqanlarına şikayət müraciəti paylaşıb. 

News24.az bizim.media-ya istinadən bildirir ki, məsələ ilə bağlı müğənni Səidə Sultan sosial şəbəkə hesabında mərhum sənətkara qarşı atılan bu addımı pisləyib. 

"Gərək belə məqamlarda Azərbaycan musiqisini təhqir edənlərin cavabını verək. Çünki Aygün Bəylər Azərbaycan musiqisinin incilərindən biridir. Sən Aygün Bəyləri təhqir etməklə musiqimizi  təhqir etmiş oldun. Hər kəs yerini bilsin. Lazım gələndə bir olub böyük sənətkarlara tərbiyəsizlik edənləri susdurmağa da hazırıq", - deyə Səidə bildirib.  

Qeyd edək ki, ötən gecə L.Vəliyeva sosial şəbəkə hesabında videomüraciət yayımlayaraq dediyi təhqir dolu sözlərinə görə mərhum Aygün Bəylərin ailəsindən üzr istəyib.