2023-cü ilin ən yaxşı müəssisəsi Respublika baxış-müsabiqəsinin yekunları - FOTOLAR
    • 8-05-2024, 20:16
    • 568

2023-cü ilin ən yaxşı müəssisəsi Respublika baxış-müsabiqəsinin yekunları - FOTOLAR

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 25 noyabr 2009-cu il 6 b 32-ə saylı qərarına uyğun olaraq “Sağlam və təhlükəsiz əmək şəaitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin yekunu ilə əlaqədar Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə tabe olan ümumtəhsil məktəblərinin içində Yuri Kovolyov adına 229 saylı tam orta məktəb yeganə məktəbdir ki, birincilik qazanıb.

News24.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 08 may 2024-cü il tarixdə Ulu öndərimiz Heydər Əliyevin 101 illiyi münasibəti ilə keçirilmiş tədbirdə yuxarıda göstərilmiş məktəbin müdiriyyəti və ilk həmkarlar ittifaqı komitəsi diplomla təltif olunub, qiymətli hədiyyə (televizor) ilə mükafatlandırılıblar.