Robert Dauninin karyerasında bir ilk
    • 9-05-2024, 12:08
    • 181

Robert Dauninin karyerasında bir ilk

“Iron Man” serialı ilə şöhrət qazanan və ən son “Oppenheimer” filmində baş rolu canlandıran Robert Dauni karyerasında bir ilkə imza atacaq.

News24.az xəbər verir ki, məşhur aktyor Brodveydə debütünü Pulitzer mükafatı laureatı Ayad Axtarın yeni tamaşasında edəcək. Robert Dauni Jr., "McNeal" tamaşasında; yeni roman, dağılmış ailə həyatı və “süni intellektə qeyri-sağlam heyranlıq”la mübarizə aparan istedadlı yazıçını canlandıracaq.

Tamaşanın quruluşçu rejissoru Bartlett Sher olacaq. Tam heyətlə bağlı hələ açıqlanmayan “McNeal” sentyabrın 5-də Nyu Yorkdakı Vivian Beaumont Teatrında, sentyabrın 30-da açılış gecəsindən öncə nümayişlərə başlayacaq. Məhdud buraxılış noyabrın 24-də başa çatacaq.

Xatırladaq ki, Robert Dauni Jr. Bu il o, Kristofer Nolanın "Oppenheimer" tarixi dramında Lyuis Ştraus roluna görə ilk Oskarını qazanıb.

Günel Məlikzadə