"Oppenheimer" rekord gəlir əldə etdi
    • 20-08-2023, 18:15
    • 134

"Oppenheimer" rekord gəlir əldə etdi

Rejissor Kristofer Nolanın "Oppenheimer" filmi dünya üzrə kassada 700 milyon dollardan çox gəlir əldə edib.

News24.az xəbər verir ki, bu barədə "Collider" məlumat yayıb. 

Filmin kassada Nolanın “Interstellar” (715 milyon dollar), daha sonra isə “Inception” filmini (837 milyon dollar) ötməsi proqnozlaşdırılır. 

Qeyd edək ki, iyulun19-da "Oppenheimer"in premyerası olub. Avqustun 5-nə kimi film kassada 500 milyon dollar, növbəti iki həftə ərzində isə daha 200 milyon dollar qazanıb.

Film atom bombasının yaradıcısı, ABŞ-dən olan fizik Robert Oppenheimerin həyatından bəhs edir. 

Günəş Mərd