Paşinyanın deputatı kilsəni hədələdi: Buna hazır olun
    • 9-05-2024, 13:08
    • 194

Paşinyanın deputatı kilsəni hədələdi: Buna hazır olun

Əgər Erməni Apostol Kilsəsinin nümayəndələri siyasi gündəm formalaşdırırlarsa, o zaman siyasi xarakterli tənqidlərin olacağına hazır olmalıdırlar.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bunu mayın 9-da İrəvandakı Qələbə parkında jurnalistlərlə söhbətində Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat Babken Tunyan deyib.

O vurğulayıb ki, yüksək rütbəli ruhanilər tərəfindən dəfələrlə səsləndirilən hakimiyyət dəyişikliyi tələbi varsa, bu, birbaşa siyasətdən başqa bir şey deyil. Onun fikrincə, Erməni Apostol Kilsəsi digər siyasi və geosiyasi problemlərlə məşğuldur.

“Ona görə də belə bir fikir yarana bilər ki, başqa məsələlərlə bağlı görüləsi heç nə yoxdur. Amma hesab edirəm ki, başqa məsələlərdə kilsə baxımından görülənlərdən daha vacib işlər var. Erməni Apostol Kilsəsinin ruhaniləri özlərinin də vətəndaş olduqlarını və siyasi mövqe tuta biləcəklərini dedikləri üçün bu, olduqca normaldır, o zaman mən bir xristian olaraq öz fikrimi bildirə bilərəm”, - deyə deputat əlavə edib.

Qedək ki, Tunyan bundan əvvəl sosial şəbəkələrdə yazıb ki, Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi hərəkatın liderləri təəccüblənə bilər ki, bəzi insanlar niyə kilsədən üz döndərib.