Ən ağıllı uşaqların doğulduğu ay bəlli oldu
    • 9-05-2024, 15:58
    • 244

Ən ağıllı uşaqların doğulduğu ay bəlli oldu

Alimlər bir milyondan çox uşağın məlumatlarını araşdırıb və onların nailiyyətlərini doğulduğu aylara görə sıralayıblar.

News24.az Bakupost.az-a istinadən xəbər verir ki, araşdırmalardan sonra uşaqların doğulduğu aydan asılı olaraq uğurlarında fərqlər olduğu ortaya çıxıb.

Araşdırmalar göstərir ki, körpələrin dünyaya gəldiyi ay onların intellektində müəyyənedici amil ola bilər.

Tədqiqatçılar 1 milyondan çox şagird arasında aparılan araşdırma zamanı ən ağıllı uşaqların hansı ayda doğulduğunu da öyrəniblər. ABŞ-da 6-15 yaş arası uşaqlar arasında təəccüblü nəticələr ortaya çıxıb.

Bəlli olub ki, sentyabr ayında doğulan uşaqların akademik göstəriciləri digər aylarda doğulan uşaqlardan xeyli yüksəkdir. Bu uşaqlar orta məktəblərdə və liseylərdə müvəffəqiyyətli olmaqla yanaşı, universitetlərdə də ən yüksək dərəcələrə nail olurlar.

Uğurlu uşaqlardan fərqli olaraq, ən az müvəffəqiyyət qazanan tələbələr isə adətən avqust ayında doğulur. Onların akademik baxımdan ən az uğur qazandıqları göstərilsə də, idmanda ən istedadlılar avqustda doğulan uşaqlardır. Belə ki, basketbol və futbol ulduzları ən çox avqust ayında doğulurlar.