-
- 9-08-2021, 14:03
- 456
Südəmər körpələr "Delta" ştammına 26 dəfə daha çox yoluxur - Həkimlərdən həyəcan siqnalı
Uşaqlar arasında koronavirusun “Delta” ştammına yoluxma halları artır.
News24.az xəbər verir ki, avqustun 8 -də ABŞ-ın Florida ştatında 172 uşaqda koronavirus aşkarlanıb. Bu, “Delta” ştammına yoluxma hallarının artması fonunda baş verir.
Bildirilir ki, artıq uşaq xəstəxanalarında çarpayı ehtiyatı bitib. Uşaqlar isə əziyyət çəkirlər. Tibb bacıları uşaqlar arasında eyni vaxtda bu qədər hansısa xəstəliyə yoluxma halına ilk dəfə rast gəldiklərini vurğulayıblar.
Arkanzas da daxil olmaqla, digər əyalətlərdə də koronaviruslu uşaqların xəstəxanaya yerləşdirilməsinin artdığı bildirilir. Orada da koronavirusa görə xəstəxanaya yerləşdirilən uşaqların sayı rekord həddədir.
Qazaxıstanda da koronavirusa yoluxan uşaqların sayında artım müşahidə edilir.
Almatının baş həkimi bildirib ki, ölkədə “Delta” ştammı qeydə alındıqdan sonra xəstəxanalara gündəlik 30-a yaxın virusa yoluxan azyaşlı gətirilir. Onların arasında ağır vəziyyətdə olanlar və hətta ölənlər də var.
Rusiyalı infeksionist Yevgeniy Timakov südəmər körpələrin koronavirusun “Delta” ştammına yoluxma ehtimalının 26 dəfə çox olduğunu açıqlayıb.
İrkutsk vilayətinin uşaq xəstəxanasının baş həkimi Yuriy Kozlov da “Delta” ştammının aqressivləşdiyini açıqlayıb: “Virus gəncləşib. Azyaşlı uşaqlar xəstələnməyə başlayıblar. Xəstəxanada 56 uşaq müalicə olunur. Onlardan 15-i yeni doğulan körpələrdir”.