"Nüvə silahı təlimində qeyri-adi heç nə yoxdur"
    • 9-05-2024, 23:40
    • 289

"Nüvə silahı təlimində qeyri-adi heç nə yoxdur"

Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada keçirilən Qələbə bayramında nüvə silahı ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Putin taktiki nüvə silahının tətbiqi ilə bağlı planlaşdırılmış təlimdə qeyri-adi heç nə olmadığını deyib.

“Burada qeyri-adi heç nə yoxdur, bu, planlaşdırılmış işdir”, - Putin bildirib.

Qeyd edək ki, Rusiya lideri mayın 7-də Kremlin Ukraynada “xüsusi hərbi əməliyyat” adlandırdığı zabitlərlə görüşüb.

Rusiya verdiyi açıqlamada Fransa, İngiltərə və ABŞ-ın təhdidlərindən sonra taktiki nüvə silahlarının hərbi təlimlərin bir hissəsi kimi yerləşdiriləcəyini bildirib.

Bu məqsədlə təlimin keçirildiyi açıqlanıb.

Günel Məlikzadə