Boşanmaq üçün elektron müraciət necə etmək olur? - CAVAB
    • 10-05-2024, 19:41
    • 967

Boşanmaq üçün elektron müraciət necə etmək olur? - CAVAB

News24.az bildirir ki, Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu boşanmaqla bağlıdır.

Maraqlıdır, boşanmaq üçün elektron müraciət necə etmək olur?

Lent.az xəbər verir ki, vətəndaşlar nikahın pozulması üçün elektron müraciət edə bilər. Bunun üçün Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərin siyahısından “Nikahın pozulması üçün elektron müraciət” xidmətini seçməlidirlər.

Açılan formanın içində “Qeydiyyat orqanı” sətrində lazımi qeydiyyat orqanının adını seçdikdən sonra, nikahı pozanlar haqqında məlumatlar, nikahı pozan tərəf (kişi) bölməsində nikahı pozanın adı, soyadı (nikah pozulanadək), soyadı (nikah pozulandan sonra), atasının adı, doğulduğu yer və tarix, vətəndaşlığı, milliyyəti və s. məlumatlar daxil edilməlidir.

Növbəti mərhələdə nikahı pozanlar haqqında məlumatlar, nikahı pozan tərəf (qadın) bölməsində nikahı pozanın adı, soyadı (nikah pozulanadək), soyadı (nikah pozulandan sonra), atasının adı, doğulduğu yer və tarix, vətəndaşlığı, milliyyəti və s. məlumatlar daxil edilməlidir.

Qeyd olunmuş sətirlərin hamısını şəxsi məlumatlarla doldurduqdan və ləğv edilən nikah haqqında aktın qeyd nömrəsi ilə tarixini qeyd etdikdən sonra “Təsdiq” düyməsindən istifadə edərək yaradılmış elektron müraciəti Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərilməlidir.


Rüsumun ödənilmə qaydası

Dövlət rüsumunun ödənilməsini həyata keçirmək üçün təsdiq düyməsi sıxıldıqdan sonra açılan pəncərədən müvafiq linkə keçmək lazımdır. Açılan pəncərədən “Xidmətin növü” – “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” seçildikdən sonra “Qurumun adı” xanasından müraciət edəcəyiniz orqanın adını seçilir. Daha sonra “Ödənişin təyinatı” xanasından “Nikahın pozulmasının qeydə alınması” seçərək “Seç” xanasından nikahın pozulmasının əsası seçilir və buna uyğun müvafiq ödənişin məbləği hesablanılır. Ödənişi həyata keçirən şəxsin vəsiqəsinin seriya və nömrəsi müvafiq xanalara yazılaraq axtarılır və “Növbəti” düyməsi sıxılır.

Bu xanada daxil etdiyiniz məlumatların düzgünlüyünü yoxlamağa imkan verilir. Əgər hər hansı bir səhv varsa “Düzəliş et” düyməsi sıxılaraq düzəliş edilir. Heç bir səhv yoxdursa “Ödəniş” düyməsi sıxılaraq ödəniş həyata keçirilir. Ödəniş hissəsində müvafiq məlumatlar doldurularaq “Təsdiq” düyməsi sıxılaraq ödəniş həyata keçirilir.