Əcnəbiylə ailə quran  187 nəfər boşandı - STATİSTİKA
    • 22-01-2020, 17:13
    • 790

Əcnəbiylə ailə quran 187 nəfər boşandı - STATİSTİKA

Ötən il əcnəbilərlə nikaha daxil olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2019-cu ildə Azərbaycan Respublikasının vətəndaşları (1.160 qadın, 1.110 isə kişi) ilə əcnəbilər və vətəndaşlığı olmayanlarla 2.270 nikah bağlanıb, habelə 187 nikahın pozulması qeydə alınıb.

Eyni zamanda qeyd olunub ki, 2019-cu ildə Azərbaycanda 63.724 nikah, 17.301 isə nikahın pozulması dövlət qeydiyyatına alınıb.