-
- 10-05-2024, 23:20
- 520
Yaxşı gecə yuxusu üçün bu qidaları qəbul edin
Əgər yatmazdan əvvəl qəflətən aclıq hissi "oyanırsa", onu qan şəkərinin səviyyəsini tarazlaşdıran az miqdarda qidalarla təmin etmək lazımdır. Bunlara faydalı yağlar, orta səviyyəli zülallar və nişastalı olmayan kompleks karbohidratlar daxildir.
News24.az xəbər verir ki, diyetoloq Vasilisa Ponomaryova axşam saatlarında qəbul edilə biləcək qidalar barədə danışıb.
Badam. Triptofan və B6 vitamini ilə zəngin olduğu üçün yaxşı yuxu üçün “ideal qida” hesab olunur. Bu qida maddələri beynin neyrotransmitter serotonin, istirahət etməyə və tez yuxuya getməyə kömək edən "sevinc hormonu"nu istehsal etməyə kömək edir.
Qızıl süd. Sarıkök ilə süddən hazırlanan içki də yatmazdan əvvəl bədənin rahatlamasına kömək edə bilər. 1 porsiya üçün inqrediyentlər: 1 stəkan süd, 1/4 stəkan su, 1-2 çay qaşığı kərə və ya kokos yağı, 1 çay qaşığı bal, 1/4 çay qaşığı sarıkök tozu, dadına görə hil və ya darçın.
Albalı, albalı şirəsi. Təzə albalı sağlam yuxu - oyanma dövrləri üçün vacib olan melatoninlə zəngindir. Tez yuxuya getmək və yaxşı yuxu onlara birbaşa bağlıdır.
Yulaf yarması. Yulaf orqanizmə yuxu hormonu melatonin istehsal etməyə kömək edir.
Qoz. Yuxunu yaxşılaşdıran amin turşusu olan triptofanla zəngindir. Triptofan beyin tərəfindən serotonin istehsal etmək üçün istifadə olunur.//metbuat.az