SON DƏQİQƏ: Xəzərdə yenidən zəlzələ oldu - Yeniləndi

SON DƏQİQƏ: Xəzərdə yenidən zəlzələ oldu - Yeniləndi Hadisə

Xəzərdə zəlzələ baş verib, cənub bölgəsində hiss olunub.

News24.az xəbər verir ki, yeraltı təkan Lənkəran və Astarada daha çox hiss olunub. (APA)


Xəzər dənizinin Azərbaycan sahillərində 5.3 maqnitudalı zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 13:05-də qeydə alınıb. Zəlzələnin episentri Lənkəran şəhərindən cəmi 55 km şərq-şimal-şərq istiqamətində yerləşib. Təkanlar həmçinin qonşu ölkələrdə, xüsusilə İranın Ərdəbil şəhərində (episentrdən 123 km məsafədə) hiss olunub. Hazırda dağıntı və ya tələfat barədə rəsmi məlumat yoxdur.

Nilufər


Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Zəlzələ Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.


Xəzərdə daha bir zəlzələ olub.

Bu barədə News24.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla 13:10-da qeydə alınıb.

3.2 maqnitudalı yeraltı təkan 20 km dərinlikdə qeydə alınıb.