Axtarışda olan rəis müavini aeroportda saxlanıldı
    • 11-05-2024, 20:14
    • 331

Axtarışda olan rəis müavini aeroportda saxlanıldı


Rusiyada federal axtarışda olan Tatarıstan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin keçmiş rəis müavini Renat Axmetzyanov Kazan şəhərində saxlanılıb.

News24.az Lent.az-a istinadla bildirir ki, o, mayın 10-da Kazan hava limanının gəlişlər sahəsində polis tərəfindən saxlanılıb.

Qeyd olunur ki, Axmetzyanov xüsusilə külli miqdarda dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. İstintaqın məlumatına görə, söhbət Axmetzyanovun sənədləri rəqəmsallaşdıran işçilərə mükafatlar verməsindən gedir.