Gürcüstandan gətirilən maşını necə idarə etmək olar? -  Qanun belə deyir
    • 7-05-2019, 10:52
    • 2 300

Gürcüstandan gətirilən maşını necə idarə etmək olar? - Qanun belə deyir

Gürcüstandan gətirilən maşını necə idarə etmək olar? Bu sualın cavabı çoxumuzu maraqlandırır. 

Gürcüstan vətəndaşı deyir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən ona Azərbaycan Respublikasında işləmək və yaşamaq hüququ verilib. Hazırda Bakı şəhərində, bankların birində 5 illik rəsmi müqavilə əsasında işləyir.

Gürcüstandan şəxsi istifadəsi üçün minik avtomobili gətirib və ondan hər 3 aydan bir sərhəddən giriş-çıxış etmək tələb olunur.
Müraciət edən şəxs deyir ki, müqavilə ilə uzun müddət işləyən xarici vətəndaşa (müqavilənin başa çatacaq tarixə qədər) avtomobili daha sadə yolla Azərbaycanda saxlamaq mümkündürsə niyə hər 3 aydan bir vaxt itkisi və əlavə xərc çəkməlidir?

Ümumiyyətlə bu cür vəziyyətlə qarşı-qarşıya olan xarici ölkə vətəndaşları nə etməlidir? 

News24.az Avtosfer.az-a istinadən xəbər verir ki, hüquqşünas Ərşad Hüseynov deyir ki, Yol Hərəkəti haqqında Qanunun 27-ci maddəsində bu məsələ öz əksini tapıb. “Həmin şəxs Dövlət Miqrasiya Xidmətindən aldığı uzunmüddətli icazə sənədi əsasında Gömrük orqanından avtomobilin Azərbaycanda müvəqqəti olması üçün razılıq və geri qaytarılması barədə öhdəlik haqqında sənəd almalıdır. Çünki qanunda deyilir ki, Gömrük orqanının icazəsi əsasında həmin avtomobil Azərbaycan ərazisində müvəqqəti qeydiyyata alına bilər. Gömrük orqanından müvafiq sənəd alındıqdan sonra şəxsə yaşamaq üçün icazə verilən ərazi üzrə yol polisinin İmtahan Qeydiyyat şöbəsinə müraciət edilməlidir. Bundan sonra müvəqqəti olaraq həmin avtomobilin xarici ölkədə verilmiş qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlı alınmalı və ona Azərbaycanda müvəqqəti qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilməlidir. Bu qanunda nəzərdə tutulub və müraciət edən şəxs bu hüquqdan istifadə edə bilər.”