-
- 13-05-2024, 11:24
- 420
Övladını qonaq getdiyi evdə öldürdü – ŞOK
Türkiyənin Mersin şəhərində ağlını itirən ana qonaq olduğu evdə 9 yaşlı uşağını bıçaqlayaraq öldürüb.
News24.az xəbər verir ki, türk mediası məlumat yayıb.
Məlumata görə, Mersinin Toroslar rayonunda 42 yaşlı Gülüzar E. adlı qadın qonaq gəldiyi qohumunun evində ağlını itirərək 9 yaşlı oğlu YE-ni qarın nahiyəsindən bıçaqlayıb. Ağır xəsarət alan uşaq aparıldığı xəstəxanada dünyasını dəyişib.
Gülizar E. polis qrupları tərəfindən saxlanılıb. Qadının psixoloji problemlərinin olduğu iddia edilib.
Mehriban Mirzəzadə