Ata uşağını ağladığı üçün öldürdü
    • 3-05-2024, 14:54
    • 312

Ata uşağını ağladığı üçün öldürdü

Kurqan vilayətinin Çastozerski rayonunda 38 yaşlı yerli sakin öz uşağını öldürməkdə şübhəli bilinərək nəzarətə götürülüb.

News24.az xəbər verir ki, bu barədə bölgənin İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 27-də ailənin şəxsi evində, körpənin anası işdə olarkən törədilib.

Belə ki, uşaq yüksək səslə ağlayıb və bu, atasını qəzəbləndirib. Uşağın səsindən qəzəblənən ata, onun başına bir neçə dəfə güclü zərbə endirib. Uşaq aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, ata saxlanılıb və o köməksiz vəziyyətdə adam öldürməkdə ittiham olunaraq nəzarətə götürülüb.

Mehriban Mirzəzadə