"Rekord nəticələr əldə olunub" - Mansur Piriyev
    • 13-05-2024, 12:57
    • 157

"Rekord nəticələr əldə olunub" - Mansur Piriyev

Son illərdə ölkəmizdə digər sahələrlə birgə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar, görülən işlər  əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin olunması ilə yanaşı bu məhsulların geniş ixracı üçün də imkanlar yaradıb. Ölkəmizdə istehsal olunan bir sıra qida məhsullarının ixracı artmış və bəzi qida məhsullarının istehsalı və ixracında  rekord nəticələr əldə olunub.

News24.az bildirir ki, bu sözləri AQTA-nın şöbə müdiri Mansur Piriyev deyib.

O bildirib ki, ölkəmizdən Avropa İttifaqına akvakulturada yetişdirilən kürünün, müxtəlif dəniz məhsullarının, yun və dərinin ixracına icazələr əldə edilib. Qazaxıstana atların ixracı bərpa olunub, Rusiya Federasiyasına ərzaqlıq yumurtanın ixracına icazə alınıb. Həmçinin Avropa İttifaqında fındığın sadələşdirilmiş ixracına və Çin Xalq Respublikasına quş əti və digər quşçuluq məhsullarının ixracına nail olunub. 

Bütün bunlar qida sahəsində fəaliyyət göstərən subyektlərin öz fəaliyyətlərini  beynəlxalq standartlara uyğunlaşması və istehsal olunan məhsulların təhlükəsizlik və kefiyyət göstəricilərini yaxşılaşdırması ilə mümkün olmuşdur. Bu istiqamətdə Agentlik hər zaman sahibkarlara metodiki dəstək göstərir və qanunvericilik çərçivəsində səmərəli fəaliyyətin qurulması üçün tənzimləmə tədbirlərini həyata keçirir. 

Yeri gəlmişkən qeyd edim ki, sərgidə Qida Təhlükəsiszliyi Agentliyinin maraqlı və innovativ guşəsi də iştirakçılara təqdim olunacaq. Sərgi iştirakçıları qida təhlükəsizliyi ilə bağlı onları maraqlandırın bütün məsələlərlə bağlı yaxınlaşıb ətraflı məlumatları əldə edə bilər.