-
- 13-05-2024, 20:30
- 663
Rəqqasə Fatimə ərindən ayrılır? - Özü açıqladı
Rəqqasə Fatimə Fətəliyeva ikinci həyat yoldaşı Xəyal adlı şəxsdən boşanması haqqındakı açıqlamasını təkzib edib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, rəqqasə MTV Azərbaycan kanalında yayımlanan “Balkanla gecə turu” verilişində bu sözləri deyib:
“Ailə həyatım çox gözəldir. İndi zəng edib, həyat yoldaşımla da danışacam. Təki hamıya oğlumun atası kimi insan qismət olsun. Şükür Allaha Xəyalla münasibətimdə heç bir problem yoxdur. Allah ona can sağlığı versin. Hər şey superdir”.
Daha sonra rəqqasə həyat yoldaşına telefon vasitəsilə zəng edib.
Xəyal isə cavabında “Fatimə Fətəliyevanı lap çox sevirəm”, - deyib.
Qeyd edək ki, rəqqasə yaxın günlərdə “Sözbaz” verilişində əri Xəyaldan ayrıldığını açıqlamışdı. Onun ikinci nikahından bir oğlu var.