-
- 7-06-2021, 11:32
- 829
"Pula görə kişi məclislərinə..." - RƏQQASƏ FATİMƏ - VİDEO
"Pula görə kişi məclisinə getmirəm. Qonorarından aslı olmayaraq getmərəm. Təkliflər olub, amma imtina etmişəm".
News24.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasında deyib.
Rəqqasə ilk ailə həyatının dağılmasından bəhs edib. O bildirib ki, keçmiş həyat yoldaşı ona şiddət göstərib: "Deyirdim soğan-çörək yeyəcəm, amma səni sevəcəm. Axırda şiddət də gördüm. Bu, boşdur. Qadınlar var ki, ailədə bu cür problemlə yaşayır, illərlə dözür. Deyirlər, necə boşanım? Bəs qohum, ailə? Təməli özüm qırdım, amma dözə də bilərdim".
Söhbət əsnasında həmçinin də bilinib ki, rəqqasə Fatimə Fətəliyeva müğənni Rəhim Rəhimli ilə küsülüdür: "Bilmirəm, mənimlə nə problemi var. Məni heç görmək istəmirdi. Rəhim evimdə olub, çörək kəsmişik. Mən də onun evində olmuşam. Rəhimin rəhbəri olduğu verilişdə qadağada idim. Soruşanda isə dedilər, Rəhim səni istəmir, qadağa qoyub".