Daha 3 şəhidimiz dəfn olundu - FOTO
    • 13-05-2024, 17:39
    • 2 903

Daha 3 şəhidimiz dəfn olundu - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən daha 3 şəhidimiz dəfn olunub.

News24.az Modern.az-a istinadla xəbər verir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Məhərrəm İsmayıl oğlu Əzizov və Hikmət Zili oğlu Əliyev Ağdam rayonu Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Hikmət Əliyev 1974-cü il yanvarın 1-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunun Sarıcalı kəndi ərazsində itkin düşüb. Məhərrəm Əzizov isə 1958-ci ildə Ağdam şəhərində anadan olub və 1993-cü il iyulun 23-də Ağdam rayonunda itkin düşüb.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Siyavuş Eldar oğlu İsmayılov isə İmişli rayonunun Şahverdili kənd qəbiristanlığında torpağa tapşırlıb. O, 1967-ci il noyabrın 1-də İmişli rayonunun Şahverdili kəndində anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb. Şəhidimizin nəşi Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmişdi.