-
- 14-05-2024, 11:59
- 270
ABŞ dövlət katibi Blinken Ukraynada
ABŞ dövlət katibi Antoni Blinkenin Ukraynaya səfəri başlayıb.
News24.az xəbər verir ki, Blinken X sosial media platformasındakı paylaşımında Ukraynanı dəstəklədiyini təkrarlayıb.
Antoni Blinken öz paylaşımında “Rus təcavüzünə qarşı öz azadlığını müdafiə edən Ukraynaya sarsılmaz dəstəyimizi göstərmək üçün bu gün Kiyevə qayıtdım” deyib.
Posta istinadən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Blinken Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və Ukraynanın yüksək səviyyəli liderləri ilə görüşəcək.
Miller qeyd edib ki, Blinken liderlərlə ABŞ-ın yeni təhlükəsizlik və iqtisadi yardımının təsirini və Ukraynanın iqtisadi dirçəlişinə dəstək səylərini müzakirə edəcək.
Qeyd edək ki, son günlər Rusiya Ukraynanın şimal sərhədi Xarkova hücumlarını gücləndirib və bu bölgəni yenidən qaynar cəbhə xəttinə daxil edib. Rusiya ordusu son bir neçə gündə Xarkov vilayətində 10-dan çox yaşayış məntəqəsini nəzarətə götürüb. Ukrayna Rusiyanın artan hücumlarına qarşı Qərbdən hərbi dəstəyin artırılmasını istəyir.
Günel Məlikazdə