30 il sonra alınan İNTİQAM: “Azərsu” əməkdaşı QƏTLƏ YETİRİLDİ
    • 15-05-2024, 07:43
    • 251

30 il sonra alınan İNTİQAM: “Azərsu” əməkdaşı QƏTLƏ YETİRİLDİ


Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Bayram Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub. Azad Məcidovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə 47 yaşlı B.Abbasov 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin dekabrında Binəqədi rayonu Xocasən qəsəbəsində baş verib. B.Abbasov münaqişə zəminində böyük qardaşı Vasif Abbasovu bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.

Müttəhimin və şahidlərin sözlərinə görə, hadisə baş verən gün Vasif qardaşını yaşadıqları evdən çıxararaq həmin evi öz mülkiyyətinə keçirmək istəyib. Bildirilib ki, əvvəllər də əmlak üstündə iki qardaş arasında ciddi mübahisələr olub. Sonuncu dəfə qeydə alınan mübahisə Bayramın böyük qardaşını öldürməsi ilə nəticələnib.

Evin kiçik qardaşının ifadəsindən məlum olub ki, öldürülən V.Abbasov 30 il əvvəl qardaşını - təqsirləndirilən şəxsi bıçaqladığı üçün həbs olunubmuş. Buna görə, onlar arasında müxtəlif mövzularda daim ədavət yaşanıb.

Qeyd edək ki, V.Abbasov “Azərsu” sukanal idarəsində çilingər vəzifəsində işləyib.