"Həm qatarda, həm də stansiyada...." Metroda intiharla mübarizə
    • 7-05-2019, 18:10
    • 816

"Həm qatarda, həm də stansiyada...." Metroda intiharla mübarizə

"Gələcəkdə Bakı metrostansiyasında intihar etmək istəyənlərin qarşısının alınması üçün xüsusi sistem quraşdıra bilər”. 

Bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov New24.az-ın əməkdaşı ilə söhbətində deyib. 

O bildirib ki, tuneldə kiminsə özünə qəsd edə bilməsinin qarşısı xüsusi sistemlə alına bilər: “Bu sistemin tətbiq olunmasının özünün texniki səbəbləri var. Onlar həm qatarda, həm də stansiyada quraşdırılmalıdır. Eyni zamanda orada hava axınının istiqaməti və ya bu kimi texniki məsələlər də diqqətə alınmalıdır. Ən əsası isə bunun quraşdırılmasına zərurət olmalıdır. Bizim metrostansiyada nadir hallarda intihar baş verir. Həm də bu, texniki cəhətdən düşünülməsi, qərar verilməsi, layihələndirilməsi baxımından olduqca vaxt tələb edən uzun bir prosesdir. Ümumilikdə layihələndirilmədə nəzərdə tutularsa, gələcəkdə tətbiq oluna bilər”.