"Gələn il 20 məktəbdə peşə yönümlü təmayül sinifləri açılacaq"
    • 7-05-2019, 18:44
    • 832

"Gələn il 20 məktəbdə peşə yönümlü təmayül sinifləri açılacaq"

"Ümumi təhsildə təmayülləşmə istiqamətinin aparılması, bu yöndə növbəti tədris ilində 20 məktəbin tam orta təhsil səviyyəsində peşə yönümlü təmayül siniflərinin açılması hədəf kimi müəyyən edilib".

News24.az xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. Nazir bildirib ki, bu yenilik şagirdlərin təhsilə cəlbini artırmaqla yanaşı gələcəkdə onların peşə seçiminə və əmək bazarına daha asan inteqrasiyasına kömək edəcək.

O qeyd edib ki, texnologiyanın inkişaf etdiyi nəzərə alınaraq 71 məktəbdə 26 min şagirdi əhatə edəcək rəqəmsal bacarıqlar layihəsi həyata keçirilir: "Növbəti tədris ilində layihənin 100 mindən artıq şagirdi əhatə etməsi planlaşdırılır".