Fitsonun vəziyyəti çox ağırdır, dua edirik - Nazir
    • 16-05-2024, 00:12
    • 268

Fitsonun vəziyyəti çox ağırdır, dua edirik - Nazir


Sui-qəsdə məruz qalan Slovakiya Baş naziri Robert Fitsonun vəziyyəti olduqca ağırdır, əməliyyat davam etdirilir.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Slovakiya müdafiə naziri Robert Kalinyak deyib.

“Vəziyyəti olduqca ağırdır. Sağlamlığına qovuşması üçün dua edirik. Hələlik, yaxşı xəbərlər yoxdur. O, həqiqətən də ağır durumdadır. Əməliyyat 3,5 saatdır ki, davam edir”, - deyə nazir bildirib.

Qeyd edək ki, bəzi media orqanları baş nazirin hazırki vəziyyətinin stabil olduğu barədə məlumat yaymışdı.