KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 120 işçi..
    • 16-05-2024, 13:00
    • 386

KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 120 işçi..

Adıyamanda inşaatı davam edən yaşayış binasında çalışan 120 işçi yemək yedikdən sonra xəstələnib.

News24.az xəbər verir ki, hadisə yerinə çoxlu sayda həkim briqadası göndərilib.

İşçilərə həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Burada müalicə alan tikinti işçilərinin yedikləri yeməkdən zəhərlənərək xəstələndikləri iddia edilib.

Qeyd edək ki, işçilərin sağlamlıq durumlarının yaxşı olduğu öyrənilib.

Hadisə ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə