-
- 3-05-2024, 15:05
- 731
Küçə ortasında qadının boğazını kəsdi
Ankaralı kişi küçədə mübahisə edərək iki qadından birinin boğazını kəsib, digərini isə yaralayıb.
News24.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Sincan rayonunda baş verib. İddiaya görə, S.K. (34) ilə Edanur K. (28) arasında naməlum səbəbdən küçənin ortasında mübahisə düşüb.
Mübahisə zamanı S.K bıçaqla Edanur K.-ya hücum edərək, onun boğazından və bədəninin müxtəlif yerlərindən xəsarət yetirib.
S.K müdaxilə etmək istəyən Nur G. adlı qadına bıçaqla xəsarət yetirərək qaçıb. Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə tibb və polis işçiləri sövq edilib.
Həkimlər tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilən Edanur K. və Nur G. xəstəxanaya aparılıb.
Həkimlərin bütün müdaxilələrinə baxmayaraq Edanur K.-ni xilas etmək mümkün olmasa da, müalicə üçün aparılan Nur G.-nin səhhətinin yaxşı olduğu öyrənilib.
Hadisədən sonra qaçan S.K. polis qrupları tərəfindən tutularaq saxlanılıb. Hadisə ilə bağlı başladılan istintaq davam edir.
Günel Məlikzadə