Estetik əməliyyat etdirmədən DƏYİŞDİ
    • 16-05-2024, 21:49
    • 207

Estetik əməliyyat etdirmədən DƏYİŞDİ

Rusiyanın Əməkdar artisti Dima Bilan müsahibəsində saqqal və bığının köməyi ilə imicini necə dəyişdiyini deyib.

News24.az OLAY-a istinadla yazır ki, o bu barədə Rusiya mətbuatına müsahibəsində danışıb:

“İndi xeyli layihələrin çəkilişləri gedir. Siz plastik cərrahiyyəyə müraciət etmədən sadəcə bığınızı uzatmaqla və onu qırxmaqla görünüşünüzü dəyişə bilərsiniz. Bığla gəzə bilərsən, saqqal saxlaya bilərsən və ya ümumiyyətlə heç bir şey olmadan gəzə bilərsən. Və bunlar tamamilə fərqli insanlar olacaq”.

Sənətçi qeyd edib ki, saqqalsız yeni saç düzümü ona tamam başqa əhval-ruhiyyə bəxş edir. Bilanın sözlərinə görə, şəhərdə saqqalsız və bığsız gəzəndə o qədər də tanınmır. Musiqiçi başqa işləri olduğu üçün ümumiyyətlə “Eurovision”a baxmadığını da etiraf edib.