Pərvin Abıyeva: “Mənə necə kolbasa-çörək yedizdirə bilərsən?!”
    • 8-02-2024, 19:32
    • 268

Pərvin Abıyeva: “Mənə necə kolbasa-çörək yedizdirə bilərsən?!”


"Mən baş rol aktrisasıyam da, sən mənə necə gətirib dönər və yaxud kolbasa-çörək yedizdirə bilərsən?!

News24.az bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abiyeva "Günə son" verilişində deyib.

Yerli film sektorundan şikayətlənən Abiyeva bundan sonra seriallarda rol almayacağını bildirib:

"Sən bunun qarşılığında məndən nə gözləyirsən?! Sən çəkiliş pavilyonunda hansısa texniki problemə görə aktrisanı 6 saat necə gözlədə bilərsən?!

Mən seriallarda oynamaqdan birdəfəlik imtina etmişəm. Artıq 7-8 ildir ki heç bir serialda rol almıram".