Bu ərazilərə qar yağdı
    • 17-05-2024, 17:24
    • 195

Bu ərazilərə qar yağdı

Mayın 17-si saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, Qəbələ, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Daşkəsən, Gədəbəy, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış, Xınalıq, Şahdağ, Qrızda arabir qar yağıb.

Daşkəsən rayonuna saat 13:55-13:59 radələrində diametri 16 mm olan dolu düşüb. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 16-19, Aran rayonlarında 14-18, dağlıq rayonlarda 7-12 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta qeydə alınıb.