-
- 17-05-2024, 21:00
- 546
ŞOK CİNAYƏT!! Fərid Fəttahov biznesmen atasını vəhşicəsinə ÖLDÜRDÜ
Rusiyanın Moskva şəhərində azərbaycanlı biznesmen qətlə yetirilib.
News24.az Lent.az-a istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında şəhərin cənub-şərqində qeydə alınıb. Qətlə yetirilən 69 yaşlı Əşrəf Fəttahov bir sıra iri müəssisələrin direktorlar şurasında çalışıb.
Məlumata görə, o, məişət zorakılığının qurbanı olub. Moskva Dövlət Universitetinin fizika fakültəsinin məzunu olan Fəttahov müxtəlif vaxtlarda Egvekinot dəniz limanının, “Spetsstroyexploitation” şirkətinin və Ural Geoloji Ekspedisiyasının direktorlar şurasının sədri olub. Fəttahov həm də Mərkəzi Elmi-Tədqiqat Metallurgiya və Materiallar İnstitutunun, eləcə də “Qazprom”un Bryansk filialının direktorlar şurasının üzvü olub.
Qətldə şübhəli bilinən Fəttahovun oğlu, 30 yaşlı Fərid adına Neft və Qaz İnstitutunu bitirib.
İlkin versiyaya görə, Fərid Fəttahov atasını döyərək öldürüb, sonra özünü binadan atıb. Onu bu gün saat 4:50-də yaşadığı Bratislavskaya küçəsindəki evin həyətində yerdə uzanıqlı halda tapıblar. O, xəstəxanaya aparılıb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları mənzili açıb və atasının meyitini aşkar ediblər.
İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Yuliya İvanovanın məlumatına görə, paytaxt İstintaq Komitəsinin müstəntiqləri hadisə yerində bütün halların müəyyənləşdirilməsinə yönəlmiş yoxlama işləri aparırlar.