-
- 18-05-2024, 12:24
- 454
Azərbaycanda 18 yaşa qədər QİÇS xəstələrinin sayı açıqlandı
2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) törətdiyi xəstəliklə 886, Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) virusunun törətdiyi xəstəliklə 169 nəfər qeydə alınıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, 2023-cü ilin sonuna tibb müəssisələrində qeydiyyatda olan İİV xəstələrinin sayı 10692, QİÇS xəstələrinin sayı isə 2844 nəfərdir. Tibb müəssisələrində qeydiyyatda olan QİÇS xəstələrindən 22 nəfər 0-17 yaş aralığında olan şəxslərdirlər.