Şəkərli diabet xəstələrinin statistikası AÇIQLANDI
    • 25-05-2023, 10:00
    • 251

Şəkərli diabet xəstələrinin statistikası AÇIQLANDI

2022-ci ildə ilk dəfə şəkərli diabet diaqnozu ilə 25 min 417 nəfər qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib. Bildirilib ki, onlardan 870-i insulindən asılı şəkərli diabet xəstələri, 24 min 547 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələri olublar.

Tibb müəssisələrində şəkərli diabet diaqnozu ilə qeydiyyatda olan xəstələrin cəmi sayı 320 min 982 nəfər olub ki, onlardan da 29 min 804 nəfər insulindən asılı şəkərli diabet xəstələri, 291 min 178 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələri olublar.

Qeyd edək ki, ilk dəfə qoyulmuş diaqnozla 2018-ci ildə 24 min 774, 2019-cu ildə 27 min 157, 2020-ci ildə 25 min 430, 2021-ci ildə 30 min 236 nəfər qeydə alınıb.