Ərdoğan:
    • 20-05-2024, 13:18
    • 294

Ərdoğan: "İranın yanındayıq"

İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan helikopterin qəzaya uğraması nəticəsində həyatını itirib. Ölkəni sarsıdan ölümlərlə bağlı dünyadan çoxlu açıqlamalar gəlib.

News24.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan, “Helikopter qəzasında dünyasını dəyişdiyini öyrəndiyimiz dəyərli həmkarım, qardaşım və İran İslam Respublikasının prezidenti cənab İbrahim Rəisiyə Allahdan rəhmət diləyirəm” deyib.

Ərdoğan sosial şəbəkədəki açıqlamasında bu ifadələrdən istifadə edib:

"İran xarici işlər nazirinə və mərhum rəislə eyni helikopterdə həyatını itirən digər insanlara Allahdan rəhmət diləyirəm. Dost və qardaş İran xalqına, xüsusilə də İran İslam Respublikasının Dini Rəhbəri cənab Əli Xameneiyə başsalığı verirəm. Hökumətə, cənab Rəisiyə və digər mərhumun ailələrinə dərin hüznlə başsağlığı verirəm. Onun bu istiqamətdə göstərdiyi səylərə şəxsən şahid olan bir həmkarı kimi İran xalqının və bölgəmizin bu vəzifədə olduğu müddətdə mən, Türkiyə olaraq, cənab Rəisini hörmət, minnətdarlıqla xatırlayırıq. Bu çətin və kədərli günlərdə qonşumuz İranın yanında olacağıq”.

Günel Məlikzadə