Putin İran rəhbərliyinə başsağlığı verdi
    • 20-05-2024, 11:55
    • 320

Putin İran rəhbərliyinə başsağlığı verdi

Rusiya prezidenti Vladimir Putin respublika prezidenti İbrahim Rəisinin vəfatı ilə əlaqədar İran rəhbərliyinə başsağlığı verib.

News24.az xəbər verir ki, bu baradə Kremlin rəsmi Teleqram kanalında məlumat yayılıb.

“İran İslam Respublikası xalqının başına gətirilən böyük faciə - Prezident Seyid İbrahim Rəisinin, eləcə də bir sıra digər tanınmış dövlət xadimlərinin həyatına son qoyan təyyarə qəzası ilə əlaqədar dərin hüznlə başsağlığımızı qəbul edin”, - teleqram kanalında yazılıb.

Bildirək ki, mayın 19-da Rəisini daşıyan helikopter İranın Şərqi Azərbaycan vilayətində sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bir sıra digər İran rəsmiləri də olub. 

Günel Məlikzadə