Dilan Çiçək Dənizin Kann tərzi - FOTO
    • 20-05-2024, 23:40
    • 290

Dilan Çiçək Dənizin Kann tərzi - FOTO

Bu il 14-25 may tarixləri arasında keçirilən Kann Film Festivalı bir çox uğurlu prodüser və məşhur adlara ev sahibliyi etməyə davam edir.

News24.az xəbər verir ki, Blockbaster Barbie filminin rejissoru Qreta Gerviqin münsiflər heyətinin sədri olduğu festivala bir çox türk aktyoru qatılıb.

Əvvəlki illərdə Kann Film Festivalına qatılan məşhur aktrisa Dilan Çiçək Dəniz Kevin Kostnerin “Horizon: An American Saga” filminin qala gecəsinə qatılıb.

Deniz Hakan Yıldırımın imzası olan paltarı seçib və onun tərzi sosial mediada trend mövzusu olub.

Aktrisa sosial media hesabında festivaldan çoxlu fotolar paylaşıb.

Digər tərəfdən Birce Akalay, Meryem Uzerli, Pınar Deniz, Mert Fırat və bir çox digər adlar festivalda zərifliyi ilə bəyənilib.

Günel Məlikzadə