Azərbaycanda tələbə faciəli şəkildə öldü
    • 20-05-2024, 23:51
    • 802

Azərbaycanda tələbə faciəli şəkildə öldü


Ötən gün faciəli şəkildə ölən şəxs tələbə olub.

News24.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, Göyçayda cərəyanın vuraraq öldürdüyü 24 yaşlı İsmayıl İsmayılov Mingəçevir Dövlət Universitetində təhsil alırmış.

Məlumat üçün bildirək ki, hadisə rayonun Potu kəndində qeydə alınıb.

Qeyd edək ki, rayonun Müskürlü kənd sakini, 2000-ci il təvəllüdlü İsamayıl Rafiq oğlu İsmayılov Potu kəndi ərazisində ağacdan alça yığarkən ehtiyatsızlıqdan yaxınlıqdan keçən elektrik xəttinə toxunub. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır.