Xarkovda partlayış baş verdi
    • 21-05-2024, 08:56
    • 206

Xarkovda partlayış baş verdi

Ukraynanın şərqindəki Xarkovda partlayış baş verib.

News24.az xəbər verir ki, bu baradə şəhərin meri İqor Terekhov bildirib.

"Xarkovda səhər partlayış səsi ilə başlayır" deyə o, Telegram kanalında yazıb.

Gecə saatlarında şəhərdə də bir neçə partlayış baş verib.

Qeyd edək ki, Xarkovda, eləcə də Kirovoqrad və Çerkassı vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib. 

Günel Məlikzadə