-
- 21-05-2024, 16:58
- 289
Makron Yeni Kaledoniyaya gedir
Fransa prezidenti Emmanuel Makron, səsvermə sistemini dəyişdirən qanuna qarşı keçirilən nümayişlərin zorakılığa çevrildiyi Fransanın xaricdəki ərazisi olan Yeni Kaledoniyaya gedir.
News24.az xəbər verir ki, Fransa hökumətinin sözçüsü Priska Thevenot və Fransa Prezidentliyi də Emmanuel Makronun axşam saatlarında Yeni Kaledoniyaya gedəcəyini açıqlayıb.
Fransa Ali Komissiyasından verilən açıqlamada təhlükəsizliyin təmin edilməsi üçün Fransadan göndərilən mindən çox jandarm və polisin növbətçi olduğu, daha 600 personalın göndəriləcəyi bildirilib.
Günel Məlikzadə