"Fransız əsgərləri Ukraynada hədəfə çevriləcək"
    • 8-05-2024, 15:03
    • 321

"Fransız əsgərləri Ukraynada hədəfə çevriləcək"

Fransa prezidenti Emmanuel Makron fevral ayında verdiyi açıqlamada gələcəkdə Ukraynaya fransız əsgərlərinin göndərilməsini istisna etmədiklərini və bunun müzakirələrin başlamasına səbəb olduğunu bildirib.

News24.az xəbər verir ki, Rusiya tərəfindən verilən açıqlamada Fransa prezidenti Emmanuel Makronun Ukraynaya əsgər göndərəcəyi təqdirdə fransız əsgərlərinin Rusiya ordusunun “qanuni” hədəfinə çevriləcəyi bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirilən mətbuat konfransında Makronun bəyanatı ilə bağlı sualları cavablandırıb.

Jurnalistlərə verdiyi açıqlamada Zaxarova “Makronun bu çıxışı onun Rusiya üçün bir növ “strateji qeyri-müəyyənlik” yaratmaq istəyidir” deyib.

"Biz Makronu məyus etməliyik" deyən Zaharova, "Əgər fransızlar münaqişə zonasında görünmək istəsələr, qaçılmaz olaraq Rusiya ordusunun hədəfinə çevriləcəklər" deyib.

Günel Məlikzadə