-
- 22-05-2024, 08:55
- 742
“Azərişıq” bölgələrdə yenidənqurma işlərini davam etdirir
“Azərişıq” ASC Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən ölkənin bütün regionlarında yenidənqurma işləri həyata keçirir.
News24.az xəbər verir ki, İnvestisiya Proqramına uyğun olaraq Şəki elektrik şəbəkəsi yenilənir. Rayonunun Aran kəndində yenidənqurma işləri baş çatıb.
Qeyd edək ki, Aşağı Layısqı kəndində isə son tamamlama işləri görülür. Orta Zəyzid və Böyük Dəhnə kəndlərində yenidənqurma işləri davam edir. Adı çəkilən kəndlərdə 0.4 və 10 kV-luq elektrik xətləri və dayaqlar yenilənir, müasir tipli Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Həmçinin, köhnə elektrik sayğacları müasirləri ilə əvəz olunur. Yenidənqurma işləri başa çatdıqdan sonra 4 kənddə ümumilikdə, 2 min 500-dən artıq abonent fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.
Daha ərtaflı videoda: