-
- 22-05-2024, 13:00
- 422
Diplomları tanınmayan universitetlərin SİYAHISI
Diplomları tanınmayan və ən çox imtina alan ali təhsil müəssisələrin siyahısı tərtib edilib.
News24.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.
Qeyd olunub ki, siahı, ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə etməkdədir.
Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri akkreditasiyasız ali təhsil müəssisəsi, təhsil aldığı ölkənin ərazisində təhsilin normativ müddətindən az olması, dövlət nümunəli olmayan diplom, təhsil forması, tədris yükünün normativdən az olması göstərilib.
№ | Ölkə | Ali təhsil müəssisəsi | İmtina |
---|---|---|---|
1 | Gürcüstan | Avropa Tədris Universiteti | 100% |
2 | Ukrayna | Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti | 99% |
3 | Gürcüstan | Gürcüstan Yeni Universiteti | 98% |
4 | Ukrayna | Avqustin Voloşin adına Karpat Universiteti | 93% |
5 | Rusiya Federasiyası | Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu | 92% |
6 | Rusiya Federasiyası | Cənubi Rusiya Humanitar İnstitutu | 86% |
7 | Rusiya Federasiyası | Dərbənd Humanitar İnstitutu | 85% |
8 | Rusiya Federasiyası | Müasir Humanitar Akademiya | 83% |
9 | Rusiya Federasiyası | Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti | 81% |
10 | Rusiya Federasiyası | Dünya İqtisadiyyatı İnstitutu | 79% |
11 | Rusiya Federasiyası | Dağıstan Təhsil və Mədəniyyət Akademiyası | 78% |
12 | Rusiya Federasiyası | İvanovo Dövlət Universiteti | 76% |
13 | Gürcüstan | Avropa Universiteti | 76% |
14 | Gürcüstan | Millenium Tədris Universiteti | 73% |
15 | Gürcüstan | Gürcüstan Beynəlxalq Tədris Universiteti | 72% |
16 | Ukrayna | Avropa Universiteti | 71% |
17 | Gürcüstan | Tbilisi Açıq Tədris Universiteti | 66% |
18 | Rusiya Federasiyası | Moskva Sahibkarlıq və Hüquq İnstitutu | 66% |
19 | Rusiya Federasiyası | Rusiya Dövlət Turizm və Xidmət Universiteti | 60% |
20 | Rusiya Federasiyası | Cənub Federal Universiteti | 60% |
21 | Ukrayna | T.Şevçenko adına Luqansk Milli Universiteti | 58% |
22 | Rusiya Federasiyası | Sankt Peterburq Dövlət Mülki Aviasiya Universiteti | 58% |
23 | Rusiya Federasiyası | Maliyyə və Hüquq İnstitutu | 55% |
24 | Ukrayna | Milli Aerokosmik Universiteti "Xarkov Aviasiya İnstitutu" | 55% |
25 | Rusiya Federasiyası | Dərbənd İncəsənət və Mədəniyyət İnstitutu | 55% |
26 | Ukrayna | Poltava İqtisadiyyat və Ticarət Universiteti | 53% |
27 | Gürcüstan | Gürcüstan Kənd Təsərrüfatı Universiteti | 52% |
28 | Rusiya Federasiyası | "Sinergiya" Moskva Maliyyə-Sənaye Universiteti | 52% |
29 | Gürcüstan | Tbilisi Humanitar Tədris Universiteti | 51% |
30 | Rusiya Federasiyası | Moskva Politexnik Universiteti | 51% |
31 | Ukrayna | Regionlararası Heyətin İdarəolunması Akademiyası | 50% |
32 | Ukrayna | Xarkov Dövlət Qida Texnologiyası və Ticarət Universiteti | 50% |
33 | Gürcüstan | Suxişvili Tədris Universiteti | 50% |
34 | Rusiya Federasiyası | Rusiya Dövlət Sosial Universiteti | 49% |
35 | Ukrayna | Milli Aviasiya Universitetinin Uçuş Akademiyası | 48% |
36 | Rusiya Federasiyası | Dağıstan Dövlət Universiteti | 47% |
37 | Ukrayna | "KROK" İqtisadiyyat və Hüquq Universiteti | 46% |
38 | Rusiya Federasiyası | Rostov Dövlət İqtisad Universiteti | 46% |
39 | Rusiya Federasiyası | Rusiya Təhsil Akademiyasının Smolnı İnstitutu | 45% |
40 | Ukrayna | Xarkov Milli Avtomobil - Yol Universiteti | 42% |
41 | Rusiya Federasiyası | Moskva Dövlət Avtomobil - Yol Texniki Universiteti | 42% |
42 | Rusiya Federasiyası | M.M.Cambulatov adına Dağıstan Dövlət Aqrar Universiteti | 41% |
43 | Ukrayna | Sumı Dövlət Universiteti | 41% |
44 | Rusiya Federasiyası | Moskva Dövlət Maşınqayırma Universiteti | 41% |
45 | Gürcüstan | Qafqaz Beynəlxalq Universiteti | 41% |
46 | Rusiya Federasiyası | Dağıstan Dövlət Pedaqoji Universiteti | 40% |
47 | Rusiya Federasiyası | Rusiya Dövlət Humanitar Universiteti | 36% |
48 | Rusiya Federasiyası | Moskva Humanitar-İqtisad İnstitutu | 35% |
49 | Ukrayna | Mariupol Dövlət Universiteti | 32% |
50 | Ukrayna | Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti | 31% |
51 | Rusiya Federasiyası | Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası | 31% |
52 | Ukrayna | O.M.Beketov adına Xarkov Milli Şəhər İqtisadiyyatı Universiteti | 31% |
53 | Ukrayna | O.Qonçar adına Dnepropetrovsk Milli Universiteti | 30% |
54 | Rusiya Federasiyası | Don Dövlət Texniki Universiteti | 30% |