-
- 22-05-2024, 19:14
- 237
Bu məşhur şirniyyatlar təhlükəli hesab edildi
Kinder Surprise, M&M's, Oreo и Milka ən təhlükəli şirniyyatlar siyahısına alınıb.
News24.az medicina-ya istinadla xəbər verir ki, Böyük Britaniya alimləri 10 məşhur şirkətin 50-dən çox adda məhsulunu analiz edib.
78% məhsul tərkibindəki yağ, duz, şəkər səviyyəsinə görə orqanizm üçün zərərli hesab edilib.
Eləcə də ekspertlər istehsalçı şirkətləri məhsulun üzərinə əlvan qablaşdırmada cizgi filmi qəhrəmanlarını vurmaqla uşaqları manipulə etməkdə qınayıb. Bununla uşaqlar şirniyyata cəlb edilir.
Dietoloq Mariyat Muxina bildirib ki, şirniyyat yemək arzusunu xrom qəbul etməklə azaltmaq olar.
Şirniyyatları xurma, əncir, gavalı, meyvə quruları, kişmişlə əvəz etmək olar.