Çörəyin qiymətində artım gözlənilir?
    • 22-05-2024, 20:43
    • 537

Çörəyin qiymətində artım gözlənilir?

Azərbaycanda un bahalaşıb. Belə ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb. Bu artım ölkədə çörəyin qiymətinə təsir göstərəcək?

News24.az xəbər verir ki, mövzu ilə bağlı Metbuat.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, çörəyin qiymətində hələki bahalaşma olmayacaq:

"Bahalaşma var, amma ciddi deyil. Ona görə də, çörəyin qiymətinin qalxması gözlənilmir. Amma ciddi bahalaşma olsa, qiymətə təsir edə bilər.

Fevral-mart aylarında çörəyin qiyməti kəskin ucuzlaşmışdı. Mayın əvvəlində bu ucuzlaşma aradan qalxdı. Çünki, çörəyin maya dəyərində təkcə un iştirak eləmir. Burada işçilik, logistik xərclər, digər daşıma xərcləri də rol oynayır".