Renka qəzaya düşdü, rəqs edə bilməyəcək – VİDEO
    • 22-05-2024, 21:22
    • 268

Renka qəzaya düşdü, rəqs edə bilməyəcək – VİDEO

Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova yenidən qəza keçirib.

News24.az bizim.media-ya istinadən bildirir ki, bu haqda rəqqasə qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişinin efirində danışıb. 

"Çəkilişlərin birində motosiklet idarə edən zamanı xəsarət aldım. Başımı və ayağımı zədələmişəm. Özümü qorumalıyam. Ona görə də bir müddət rəqs etməyəcəyəm", - deyə Renka bildirib.