Əfsanəvi Arif Məlikov vəfat etdi
    • 9-05-2019, 12:26
    • 1 865

Əfsanəvi Arif Məlikov vəfat etdi

Xalq artisti Arif Məlikov dünyasını dəyişib.

Bu barədə News24.az-a Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyli məlumat verib. O, bildirib ki, mərhum bəstəkarla vida mərasimi bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında baş tutacaq.

Mərhum Arif Məlikov I Fəxri Xiyabanda dəfn olunacaq. 

Qeyd edək ki, 86 yaşında dünyasını dəyişən bəstəkar 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub.

Allah rəhmət eləsin!