-
- 23-05-2024, 16:01
- 199
Zatulin Paşinyanı BELƏ TƏHQİR ETDİ
“Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda Azərbaycanla müharibədə uduzduğuna görə bütün məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır”.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, bunu “gazeta.ru” saytına müsahibəsində Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini, deputat Konstantin Zatulin deyib.
O, Paşinyanın KTMT-nin 2 üzv ölkəsini 2020-ci ildə Azərbaycana yardım göstərməkdə ittiham etməsinə belə münasibət bildirib.
“Mənim mövqeyim çoxdan bəllidir. Paşinyan yalançı və əclafdır, erməni xalqının qəzəbini Rusiyaya yönəltməyə çalışır”, - deyə Zatulin əlavə edib.